Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.
Unikal.org Nazirlər Kabinetinin saytına istinadən məlumat verir ki, dəyişikliklərə əsasən, Bakının Yasamal rayonundakı ("Sovetski" adlandırılan məhəllə) bəzi yaşayış və qeyri-yaşayış obyektləri "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarılıb.

Həmin obyektlər aşağıdakılardır:

- Şollar su kəmərinin su yayma qülləsi XIX əsrin sonu, S.Rəhimov və A.Şaiq küçələrinin tini;

- Yaşayış evi 1914-cü il, Zərgərpalan küçəsi, 43;

- Yaşayış evi 1900-cü il, S.Rəhimov küçəsi, 44;

- Yaşayış evi 1900-cü illər, M.Sübhi küçəsi, 48;

- Yaşayış evi 1903-cü il, M.Sübhi küçəsi, 60;

- Yaşayış evi 1900-cü il, M.Sübhi küçəsi, 61;

- Yaşayış evi 1908-ci il, M.Sübhi küçəsi, 63;

- Yaşayış evi 1902-ci il, M.Sübhi küçəsi, 65;

- Yaşayış evi 1907-ci il, M.Sübhi küçəsi, 67;

- Yaşayış evi 1916-cı il, M.A.Əliyev küçəsi, 102;

- Yaşayış evi 1900-cü il, M.A.Əliyev küçəsi, 115;

- Yaşayış evi 1900-cü il, M.A.Əliyev küçəsi, 124;

- Yaşayış evi 1890-cı il, M.A.Əliyev küçəsi, 126;

- Yaşayış evi 1915-ci il, M.Fətəli küçəsi, 13;

- Yaşayış evi 1900-cü il, M.Fətəli küçəsi, 25;

- Yaşayış evi 1900-cü il, M.Fətəli küçəsi, 43;

- Yaşayış evi 1909-cu il, M.Fətəli küçəsi, 45;

- Yaşayış evi 1902-ci il, M.Fətəli döngəsi, 18;

- Hamam 1888-ci il, M.Muxtarov küçəsi, 83;

- Yaşayış evi 1892-ci il, Ç.Mustafayev küçəsi, 53;

- Yaşayış evi 1885-ci il, Ç.Mustafayev küçəsi, 57-59;

- Yaşayış evi 1896-cı il, Ç.Mustafayev küçəsi, 69;

- Yaşayış evi 1892-ci il, Ç.Mustafayev küçəsi, 89.