Astara rayonunda mikroavtobus sərxoş piyadanı vuraraq öldürüb.
Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Pensər kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Astara şəhər sakini, 44 yaşlı Nahid Əhmədağa oğlu Əbilov idarə etdiyi mikroavtobusla sərxoş halda yolun hərəkət hissəsinə çıxan Pensər kənd sakini, 48 yaşlı Rafiq Mürsəl oğlu Teymurovu vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.