Qazax rayonunda kütləvi qida zəhərlənməsi olub.
Unikal.org report-a istinadən xəbər verir ki, Qazax şəhər sakinləri, 1950-ci il təvəllüdlü Faiq Kərim oğlu Xudiyev, 1993-cü il təvəllüdlü Elmira Maksim qızı Xudiyeva, 1991-ci il təvəllüdlü Xudiyeva Vusal Faiq oğlu və 1957-ci il təvəllüdlü Yusifova Almaz Həmid qızı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Zəhərlənənlərin bir ailənin üzvləri olduğu bildirilir və onların doğum günü tortundan zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.