Dövlət Sərhəd Xidməti tərəfinÂdən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməÂÂliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
DSX-dən Unikal.org-a verilən məlumata görə, 2018-ci ilin 29 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd QoÂşunlarının "Göytəpə sərhəd dəstəsinin xidÂməti əraziÂsində dövlət sərhədinin silahlı şəxslər tərəfindən poÂzulmasına hazırlıq barədə daxil olmuş əməliyyat məlumatı əsaÂsında həmin istiqamətdəki sərhəd zasÂtaÂvaÂlarının xidməti güclənÂdirilmiş, zəruri qabaqlayıcı tədbirlər görülÂüb.
Saat 19:10 radələrində Cəlilabad rayonuÂnun Edişə kəndi yaÂxınÂlığındakı sərhəd zasÂtavasının xidməti saÂhəsində dövlət sərhəÂdinin pozulması barədə daxil olmuş məlumat əsasında sərhəd zastavası "Silaha komandasına qaldıÂrıÂlaraq hadisə yerinə hərəkət etmiş, nəzarətsiz zolağında İran İslam Respublikasından AzərÂbaycan Respublikası istiqamətində ayaq izÂləri aşkar olunub.
Sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədiÂlə əlavə qüvvələr cəlb olunÂmaqla və xüÂsuÂsi texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sərÂÂÂÂhəd axtarışı tədbirləri həyata keçirilmiş, sərhədyanı yaşayış mənÂÂÂÂtəÂqəÂləri istiqamətində yollar sərhəd naryadları tərəfindən qaÂpaÂÂdılmış, qarşılıqlı əlaqədə olan hüquq-mühafizə orqanları məluÂmatÂÂÂlandırılÂıb.
Saat 21:25 radələrində sərhəd axtarışında olan sərhəd narÂyadı tərəfindən dövlət sərhədində qaraltı müşahidə edilmiş, həmin istiqamətdə 2 nəfər naməlum şəxsin qaçmasını aşkar edib. Sərhəd naryadının "Dayan komandasına tabe olmayan sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı avtoÂmat silahdan atəş açılmış, cavab atəşi ilə sərhəd pozucularından biri sərrast atəşlə ayağından yaralanaraq hadisə yerində tutulub. Digər sərÂhəd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olmuşÂdur. Hadisə yerində 1 ədəd 7,62 mm çaplı AKM-74 markalı silah, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd mobil telefon aşkar olunmuşdur. Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən yuxarı güllə atılmış, güllələrdən biri xidməti avtomobilə dəymiş, sərhədçilər arasında yaralanan və xəsarət alan olmayıb.
Yaralanmış sərhəd pozucusu Cəlilabad rayonunun mərkəzi xəstəxanasına təxliyə edilmiş və ona təcili tibbi yardım göstərilÂmişdir. Araşdırma zamanı saxlanılmış şəxsin 1976-cı il təvəllüdlü Nəsiri Şəhzad Şekar olması müəyyən edilmişdir. Ş.Nəsiri 20.09.2007-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təÂrəÂfindən sərhəd pozucusu qismində tutulmuş, narkotik qaÂçaqÂmalçılığı ilə əlaqədar törətdiyi cinayətlərə görə Azərbaycan ResÂpublikasında azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, 06.04.2014-cü ildə Ədliyyə Nazirliyinin PenitenÂsiar Xidməti tərəfindən "Astara dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasının müvafiq dövlət orqanlarına təhvil verilib.
Ş Nəsirinin 2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd QoÂşunlarının "Göytəpə sərhəd dəstəsinin xidməti sahəsində silahlı cinayətkar dəstə tərəfindən dövlət sərÂhəÂdinin pozulmasının qarşısı alınarkən sərhəd naryadına qarşı siÂlahlı müqavimət göstərməklə çavuş Kurupov Ramazan Məmməd oğÂlunu yaralamış şəxs olması da müəyyən edilÂmişdir.
30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olmuş, çətin relyef və ağır hava şəraitində dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmiş sərhədçilərə minnətdarlığını bildirmiş, silahlı sərhəd pozuÂcularının aşkar edilərək zərərsizləşdirilÂməÂsində fərqlənmiş hərbi qulluqçuları təltifləndirib.