İmişli şəhərinin P.Həsənov küçəsində yol-nəqliyyat hadisəsi qəza baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, dekabrın 1-də saat 18 radələrində İmişli şəhəri P.Həsənov küçəsində şəhər sakinləri Elman Əliyevin idarə etdiyi "Hyundai və Vüqar Quliyevin idarə etdiyi "VAZ-21011 markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş V.Quliyev orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.