Bakıda gənc qız itkin düşüb. 

Unikal.org trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi rayonu, "Motodrom" yeni yaşayış massivində yaşayan, 1970-ci il təvəllüdlü Nigar Mustafayeva polisə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 2000-ci il təvəllüdlü Gülbahar Mustafayeva noyabrın 30-da səhər saat 9 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.