Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 185 m² olan fotostudiyada döşəmə 7 m² sahədə yanıb.  Zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.