Qəbələdə orta məktəbdə yanğın hadisəsi baş verib.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 245 m2 olan birmərtəbəli orta məktəb binasının (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 70 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.