Salyan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, dekabrın 4-də saat 9 radələrində Salyan şəhərinin ərazisində Lerik rayon sakini Pərviz Quliyev idarə etdiyi "Nissan markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Emin Eminovun idarə etdiyi "KamAZ markalı avtomobilə vurub. Nəticədə P.Quliyevin sərnişinlərindən Lerik rayon sakini Adil Diniyev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.