Heydər Əliyev prospektində böyük tıxac yaranıb.
Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, buna səbəb ərazidə baş vermiş qəzadır:
"Yusif Səfərov küçəsində yol nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də hazırda Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəktində sıxlıq müşahidə edilir".