Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 250D markalı avtomobil Gürcüstandan qayıdarkən Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü gömrük postunda saxlanılıb.

Komitədən Unikal.org-a verilən məlumata görə. şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sol karnizlərin içərisində, xüsusi düzəldilmiş saxlanc yerlərində 1 ədəd "Samsung, 56 ədəd "X-inova, 28 ədəd "NYHN, 21 ədəd "Kgtel və 19 ədəd "Odscn markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.