Pentaqon ABŞ-ın Suriyada hava hücumlarını dayandıracağına yayılan xəbərlərə münasibət bildirib.

Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, Pentaqon sözçüsü Sean Robertson yayılan informasiyanı təkzib edib. O açıqlamasında bildirib ki, ABŞ Suriyada olan müttəfiqlərinə dəstək üçün hava hücumlarını davam etdirəcək: ""ABŞ İŞİD-ə qarşı hava hücumlarını davam etdirəcək. ABŞ qüvvələri Suriyada olduğu müddətdə qüvvələrimizi dəstəkləmək üçün hava və top hücumlarını davam etdirəcəyik. Gələcək əməliyyatlar üçün spekulyasiya etməyəcəyik".