Türkiyənin paytaxtı Ankarada zəncirvari qəza baş verib.
Unikal.org xəbər verir ki, yolların buz bağlaması nəticəsində Akşemsettin körpüsündə biri təcili tibbi yardım maşını olmaqla 28 nəqliyyat vasitəsi toqquşub. 

Zəncirvari qəzada 7 nəfər xəsarət alıb. Polis əməkdaşları, xilasedici briqadalar əraziyə cəlb olunub.