Azərbaycanda Yeni ilin daxil olmasına saatlar qalmış Yeni Zelandiyada artıq Yeni il qarşılanıb.

Unikal.org xəbər verir ki, ölkə 2019-cu ilə coşğulu bayram və atəşfəşanlıqla daxil olub. Cənubi yarımkürədə yerləşən  Yeni Zelandiyanın Okland şəhərində  bayram  atəşfəşanlığı təşkil edilib. Şəhərin ən böyük binası olan "Sky Tower" -də təşkil edilən atəşfəşanlığı minlərlə insan izləyib.

Yeni Zelandiyadan sonra  yeni təqvim ilini qarşılayan ölkə  Avstraliya olub. Yeni il şounun bir hissəsi olaraq  paytaxtı Sidneydə  böyük atəşfəşanlıq nümayişi olub. Liman körpüsü bayram atributları ilə bəzədilib.  Avstraliyanın ardınca  Yaponiya, Tayvan, Çin və Rusiya da yeni ili qarşılayacaq ölkələr sırasındadır.