Türkiyə silahlı qüvvələrinin İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terrorçularla atışmada 2 əsgəri şəhid olub, 8 əsgər yaralanıb. 

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.  Əməliyyat zamanı biri qadın olmaqla ümumilikdə altı separatçı terrorist məhv edilib. 

Türkiyə ordusu hazırda bölgədə əməliyyat keçirir.