Fransanın paytaxtı Parisdə etiraz aksiyaları zamanı 51 nəfər saxlanılıb.

Unikal.org "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "BFMTV" telekanalı xəbər verir.

Məlumata əsasən, polislər tərəfindən yoxlanılan etiraz aksiyası iştirakçılarının sayı 4,6 minə çatıb. Bundan əlavə, 29 nəfər polis tərəfindən cərimələnib. Onların arasında "sarı jiletlər" hərəkatının liderlərindən biri Erik Drue də var.

E.Drue bildirib ki, o, sanksiyalaşdırılmamış etiraz aksiyasında iştirak etdiyinə görə cərimələnib.