İstanbul şəhərində “Cümhur ittifaqı”nın izdihamlı mitinqi keçirilib.

Unikal.org xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birgə mitinqi martın 31-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təşkil olunub. 

Mitinqdə Türkiyə prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan və MHP-nin sədri Dövlət Baxçalı çıxış ediblər. Ərdoğan mitinqə bir milyon 600 min vətəndaşın qatıldığını deyib.