Rusiya prezidenti Vladimir Putin Nursultan Nazarbayevin Qazaxıstanın prezidenti postundan istefa verəcəyini əvvəlcədən bilib. 

Unikal.org xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Nazarbayev özü zəng etdi. Əslində onlar lazım olanda bir-biriləri ilə tez-tez danışırlar. İstefanın elan olunmasından bir neçə saat qabaq da zəng eləmişdi”, - Peskov deyib. 

Qeyd edək ki, Nursultan Nazarbayev martın 19-da gözlənilmədən prezident vəzifəsindən istefa verib.