İtaliyada avianəqliyyat işçilərinin həmkarlar ittifaqı 4 saatlıq tətil elan edib.

Unikal.org xəbər verir ki, tətillə əlaqədar “Alitalia” aviaşirkətinin 100-ə yaxın reysi təxirə salınıb.
Bu müddət ərzində Roma aeroportunda planlaşdırılan Moskva, Paris, London, Brüssel, Qahirə, Təl-Əviv, Afina, Tirana və bir sıra ölkədaxili reyslər təxirə salınıb.

Tətil edən işçilər əmək şəraitinin yaxşılaşmasını tələb edir.
Qeyd olunur ki, tətil Bakı vaxtı ilə saat 13:00-dan 17:00-dək davam edəcək.