Ermənistan parlamentində işləyən xadimələr etiraz aksiyası keçirir.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar əvvəlki əmək müqaviləsi ilə təyin olunmuş maaşların verilməsini tələb edir.

Xadimələr öz tələblərini parlamentin vitse-spikeri Vahe Enfiacyana təqdim edib.

Etirazçılar bildirir ki, onlara təxminən 82 dollar əməkhaqqı təklif olunur.

Vitse-spiker xadimələrin tələbini parlamentdə səsləndirməyi vəd edib.