Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess2019" superturniri davam edir.
Unikal.org-un
 məlumatına görə, yarışın III turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dinq Lirenlə heç-heçə edib. Şəhriyar Məmmədyarov isə Vişvanatan Anandla dueldən məğlub ayrılıb. 

III turun nəticələri: 

David Navara (Çexiya, 2739) - Maqnus Karlsen (Norveç, 2845) - 0:1 

Sergey Karyakin (Rusiya, 2753) - Veselin Topalov (Bolqarıstan, 2740) - 0,5:0,5 

Teymur Rəcəbov (Azərbaycan, 2756) - Dinq Liren (Çin, 2812) - 0,5:0,5 

Vişvanatan Anand (Hindistan, 2779) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2790) - 1:0 

Alekandr Qrişuk (Rusiya, 2771) - Aniş Giri (Hollandiya, 2797) - 0,5:0,5 

Turnir cədvəli: Karlsen - 2,5 xal, Dinq, Karyakin - hər ikisi 2, Rəcəbov, Topalov, Anand - 1,5, Məmmədyarov, Navara, Qrişuk, Giri - 1. 

Qeyd edək ki, 9 turdan ibarət turnir aprelin 9-da başa çatacaq.