Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanın ümumi məhkəməsində ifadə verib.
Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, onun adı oktyabrın 27-si hadisləri ilə bağlı cinayət işində şahid qismində hallanır.
Bildirilib ki, aprelin 3-də N.Paşinyan lideri olduğu “Çıxış” parlament fraksiyasının üzvləri ilə “oktyabrın 27”si hadisələrinə görə ömürlük azadlıqdan məhrum edilmiş “Monax” ləqəbli Artur Ayvazyan arasında baş vermiş dava-dalaşla bağlı ifadə verib.
Məlumata görə, A.Ayvazyan 2017-ci ilin martın 31-də “Çıxış” blokunun tərəfdarı Ayk Sarkisyana güc tətbiq etməklə ictimai asayişi pozub.