Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Dalğa Arena”da yoldaşlıq oyunu keçirib. 

Unikal.org-un məlumatına görə, komandamız Estoniya yığması ilə gücünü yoxlayıb. 

Matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında növbəti oyun aprelin 6-da keçiriləcək. “Dalğa Arena”da baş tutacaq qarşılaşma saat 12:00-da start götürəcək.