Azərbaycanlı polis mayoru İlkin Səfərov qaydasız döyüşdə növbəti qələbəsini qazanıb.

Unikal.org-un xəbərinə görə, 38 yaşlı Səfərov Belarus Döyüş Çempionatında (Belarusian Fighting Championship) yerli idmançı Pavel Tryatikovla qarşılaşıb.

93 kq çəki dərəcəsində gedən döyüşdə idmançımız qalib gəlib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi əməkdaşı olan İlkin Səfərov MMA-da dörd döyüş keçirib. Onlardan üçündə qalib gəlib.