İrlandiyalı qarışıq döyüş növləri ustası Konor Makqreqor karyerasını bərpa etdiyini açıqlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, “tvitter” hesabından məlumat yayıb. Konor bir müddət əvvəl karyerasını bitirdiyini açıqlamışdı. O, indiyə qədər keçirdiyi 25 döyüşdən 21-də qalib gəlib. Konorun son döyüşü dağıstanlı samboçu Həbib Nurməhəmmədova qarşı olub. Ötən ilin oktyabrın 7-də keçirilən döyüşü Həbib qazanıb.