Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil çox həyat” devizi altında veloyürüş keçiriləcək. Aprelin 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə keçirilən veloyürüş Veloparkda təşkil olunacaq.
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Yürüşün keçirilməsində məqsəd insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.