"Ötən il keçirilən "Formula 1" yarışının açılışında Azərbaycan Dövlət Himni kapella şəklində səsləndirildi. Bu ifaya qonaqların da reaksiyası yaxşı oldu".
Unikal.org xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, dünyanın bir çox ölkəsindən Azərbaycana gələn və ilk dəfə eşidən insanlar himnin çox gözəl olduğunu deyiblər: " Sözsüz ki, himnin sözlərini başa düşməsələr də, musiqini çox bəyəndilər. Təəccüblənirəm ki, himnimiz səslənəndə gənclərimiz onu oxumurlar. Həqiqətən də gənclərdə himn səsləndiriləndə vətənpərvərlik, qürur hissi güclü olmalıdır. Odur ki, hər kəs himni bərabər oxunmalıdır. Təkcə bu tədbirdə deyil, eləcə də digər beynəlxalq əhəmiyyətli tədbirlərdə hər birimiz yanımızda dayanan şəxslərə deməliyik ki, hamı bir ağızdan oxumalıdır".