Futbolun canlı əfsanəsi Dieqo Maradonaya qarşı intizam işi açıb.
Unikal.org xarici mətbuata sitiandən xəbər verir ki, Meksika Futbol Federasiyası birinci divizionda çıxış edən “Dorados”un baş məşqçisi olan 59 yaşlı mütəxəssisin haqqında intizam işi açılmasına səbəb Venesuela Prezidenti Nikolas Maduro və ABŞ prezidenti Donald Tramp haqda təhqiramiz ifadələr işlətməsidir.
Maradona 12-ci turda “Tampiko Madero” ilə görüşdə qazandıqları qələbəni N.Maduro və Venesuelada əziyyət çəkən insanlara həsr etdiyini söyləyib.
O, həmçinin ABŞ Prezidenti Donald Trampın davranışlarından narazı qaldığını bildirib, müxalifət lideri, bəzi ölkələrin Venesuelanın dövlət başçısı kimi tanıdığı Xuan Quaydonu “kukla” adlandırıb.