ABŞ-ın Oseana hərbi dəniz bazasında silahlı insident baş verib.
Unikal.org NBC-a istinadən xəbər verir ki, hadisə Virciniya ştatının Virciniya Biç şəhərində qeydə alınıb.
Belə ki, səhər saatlarında hərbi bazanın ərazisində park yerində naməlum şəxsin atəş açması nəticəsində bir nəfər ölüb, bir nəfər də yaralanıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
Hadisəni törədən şəxs saxlanılıb.