Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qərb ölkələrini “Türkiyənin daxili işlərinə qarışmamağa” və 31 martda keçirilən bələdiyyə seçkiləri mövzusunda “manipulyasiyaya cəhd etməməyə” çağırıb.
Unikal.org xəbər verir ki, Ərdoğan bunu martın 31-də keçirilən bələdiyyə seçkilərinin İstanbuldakı nəticələrinə görə səsləndirilən etirazlarla bağlı ilk dəfə jurnalistlərə verdiyi açıqlamasında deyib. Bildirib ki, bələdiyyə seçkilərində seçici fəallığı 83% təşkil edib və bu “bütün dünya üçün demokratiya dərsidir”.
Ərdoğanın sözlərinə görə, seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı mübarizə aparan və 4 siyasi partiyanın daxil olduğu müxalif siyasi blok heç ümumilikdə 47% səs yığa bilməyib.
“Türkiyə vətəndaşları bunu bilirlər və ABŞ və Avropadaklıar da bunu nəzərə almalıdırlar. Türkiyənin daxili işlərinə qarışmaq cəhdləri yolverilməzdir. Həddinizi bilin. Qərb öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır” – Ərdoğan vurğulayıb.