“Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib.

Unikal.org xəbər verir ki, 31 yaşlı ulduz futbolçu ötən ay ərzində iştirak etdiyi 5 oyunda 7 qol vurub, bir məhsuldar ötürmə edib. 

Qeyd edək ki, Messi cari mövsümdə “Barselona”nın heyətində keçirdiyi 39 oyunda 42 qol vurub. O, həmçinin 21 məhsuldar ötürmə ilə yadda qalıb.