Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Unikal.org-un məlumatına görə, yığmamız yoldaşlıq görüşündə Estoniya millisi ilə qarşılaşıb.

Bakıda təlim-məşq toplanışında olan Baltikyanı ölkə təmsilçisi ilə matç “Dalğa Arena” stadionunda təşkil olunub. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qolsuz heç-heçə ilə nəticələnib.
Bu, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamızın Estoniya ilə ikinci matçı olub. Komandalar arasında üç gün öncə keçirilən oyunda Baltikyanı ölkə təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.

Yoldaşlıq oyunu

6 aprel
12:00. Azərbaycan – Estoniya – 0:0
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Gülyana Özcan
Dördüncü hakim: Yulya Qurbanova
Bakı. “Dalğa Arena”