Umumdünya Sağlamlıq günü ilə əlaqədar Ekologiya və Təbii Səırvətlər Nazirliyinin təşəbbüsü ilə növbəti veloyürüş baş tutub. 

Unikal.org xəbər verir ki, veloparkda “Az avtomobil, çox həyat” devizi altında keçirilən veloyürüşdə Ekologiya və təbii sərvətlər nazirinin müavini Fİrdövsi Əliyev tədbir iştirakçılarını salamlayıb və ətraf mühitin sağlamlaşdırılması, insanlara sağlam həyat tərzinin aşılanması məqsədilə təşkil olunan aksiyada ETSN-nin adından bütün iştiralçılara minnətdarlıq bildirib. Sonra yürüşə start verilib.
ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə bildirib ki,  ETSN-nin təşəbbüsü ilə artıq ikinci dəfədir ki veloyürüs təskil edilir. “Hesab edirik ki, ekoloji cəhətdən təmiz nəqliyyat növü olan velosiped həm insanların, həm də təbiətin dostudur. Velosiped sürmək sağlamlıqdır, eyni vaxtda da atmosferi və ətraf mühiti cirkləndirməməkdir, az tullantı isə saglam həyat ucun sərait deməkdir. Bizim de niyyətimiz odur ki, olkəmizdə insanların sağlam həyatı üçün davamli sərait olsun. İnsanlarımız sağlam, təbiətimiz, havamız təmiz, oksigenimiz bol olsun. Ağac əkəndə də, atmosferin və Xəzər dənizinin cirkləndirilməsinin qarşısını alanda da, plastik və polietilen məmulatların istifadəsinin azaldılması ilə bağlı tədbirlərimiz də yalnız bir məqsədə xidmət edir, yəni ölkəmizdə insanlar təmiz ətraf mühitdə nəfəs alsın və daim sağlam olsunlar.”
Yürüş iştirakçılarından biri, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev  Ekologiya və Təbii Sərvətlər nazirliyinin keçirdiyi veloyürüşü dəstəklədiklərini və önəmli təşəbbüs olduğunu qeyd edib. “ Veloyürüşdə 30 nəfərlik komandası fəallığı ilə fərqlənib və BNA velosiped komandası diplomla təltif edilib.”
M.Ağayev həmçinin bildirib ki, əhalinin velosiped sürməyə artan marağını, bunun insanların sağlamlığı və ətraf mühitinin mühafizəsi baxımından əhəmiyyətini nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən uyğun infrastrukturun yaradılması üçün tədbirlər görülür. “Məsələ agentliyin 3 illik fəaliyyət planına da daxil edilib. Mövcud nəqliyyat şəraiti nəzərə alınmaqla paytaxtda velosiped yollarının təşkili nəzərdə tutulub. Bununla yanaşı Böyük Şor gölü ətrafında Atletlər kəndinin ətrafını da əhatə edəcək 18 km-lik velosiped yolunun təşkil edilməsi də nəzərdən keçirilir.”
Qeyd edək ki, veloyürüş Umumdünya Sağlamlıq günü ilə əlaqədar Ekologiya və Təbii Səırvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil edilib. Veloyürüşdə Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət  Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Nəqliyyat Agentliyi, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri  iştirak edib.