Rusiyanın Çelyabinsk vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan “Lexus” markalı avtomobil “Mitsubishi” ilə toqquşub.
Qəza nəticəsində “Lexus” yanaraq külə dönüb. Avtomobildə olan 3 nəfər və “Mitsubishi”nin sürücüsü hadisə yerində ölüb. Ölənlərdən birinin azərbaycanlı olduğu bildirilir. O, iki dostu ilə birlikdə Ufa şəhərinə gedirmiş.