Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ulu Öndər Heydər Əliyevin 96-cı ildönümü münasibəti ilə “Ulu öndərin sevdiyi mahnı və şeir çələngi” adlı konsert proqramı keçirilib.
Unikal.org xəbər verir ki, UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova Ulu öndər Heydər Əliyevin xalqımızın dərin köklərə malik olan milli musiqisinin, eləcə də incəsənətinin bütün sahələrinin gözəl bilicisi olduğunu vurğulayıb. Bildirib ki, “Bizdən sonra əməllərimiz qalacaq” deyən bu müdrik şəxsiyyətin mədəniyyətimizin, o cümlədən musiqimizin himayəsi yönündə gördüyü işləri tarixin yaddaşına köçürmək gənclərin mənəvi borcudur. S.Qəndilova bu baxımdan bügünkü konsert proqramının böyük əhəmiyyət daşıdığını qeyd edib.
Sonra UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin sevdiyi şeirlər səsləndirilib. UNEC-in istedadlı tələbələrinin ifasında “Küçələrə su səpmişəm”, “Sənsiz”, “Sevgili canan”, “Sənə də qalmaz”, “Üzüyünün qaşı” kimi bəstəkar və xalq mahnıları ifa olunub.
Konsert proqramı tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.