Azərbaycan Kubokunun mayın 19-da "Qəbələ" və "Sumqayıt" komandaları arasında keçiriləcək final oyununun başlama saatı dəyişdirilib.
Unikal.org xəbər verir ki, bu qərar hər iki klubun Peşəkar Futbol Liqasına müraciəti əsasında verilib.
Görüşün start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da çalınacaq.
Mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.