Azərbaycanın idman gimnastları Sloveniyanın Koper şəhərində “Challenge” seriyasına aid Dünya Kubokunda 2 medal qazanıblar.
Unikal.org federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Marina Nekrasova və Nikita Simonov iki qızıl medala sahib olublar. Beləliklə, “Bonifika” idman arenasında bir gündə iki dəfə Dövlət Himni səsləndirilib.
Nekrasova dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal, Simonov isə halqalarla çıxışda 14.600 xal toplayıblar.