Xaçmazda birlikdə yaşayan qadın və kişinin meyiti tapılıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, meyitlər rayonun Qaradağlı kəndi ərazisində yerləşən fermalardan birində aşkarlanıb. Ölən şəxslər 1966-cı il təvəllüdlü Cəlilov Mequb Telman oğlu və 1969-cu il təvəllüdlü Ağamaliyeva Zümrüd Ağasultan qızıdır.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.