Şamaxıda usta evin tavan hissəsində işləyərkən yıxılıb.
Unikal.org “Report”a istinadən xəbər verir ki, rayon sakini, 1973-cü il təvəllüdlü Tarverdiyev Sərdar Rizvan oğlu usta işlədiyi evin tavanından yıxılıb.
O, müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.