AVRO-2020 seçmə mərhələsində keçirilən Azərbaycan - Macarıstan matçı bir dəqiqəlik sükutla başlayıb.
Unikal.org xəbər verir ki, qarşılaşmadan öncə UEFA-nın sabiq prezidenti Lennart Yuhanssonun xatirəsi yad olunub.
Qeyd edək ki, Lennart Yuhansson 82 yaşında dünyasını dəyişib. İsveçli funksioner Avropa futbol qurumuna 1990-2007-ci illərdə rəhbərlik edib. Yuhansson bu vəzifədə ən uzun müddət qalan şəxs olub. O, 26 yanvar 2007-ci ildə keçirilmiş seçkidə fransalı Mişel Platiniyə uduzub. Yuhansson 2005-ci ilədək İsveçin AİK klubunun prezidenti olub. UEFA Gənclər Liqasının kubokuna onun adı verilib.
"Bakcell Arena"da start verilən qarşılaşmada komandalar ilk dəqiqələrdən meydana aşağıdakı "11-lik"lə çıxıblar.
Azərbaycan: 1. Səlahət Ağayev, 23. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 18. Anton Krivotsyuk, 6. Bədavi Hüseynov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 13. Dmitri Nazarov, 11. Ramil Şeydayev, 10. Mahir Emreli, 17. Renat Dadaşov.
Macarıstan: 1. Peter Qulacsi, 2. Botond Barat, 3. Mihai Korhut, 6. Villi Orban, 7. Balaş Cucak (k), 8. Adam Naqi, 9. Adam Salai, 10. Dominik Soboslai. 14. Qerqö Lovrençiç, 15, Laslo Klyaynhaysler, 18. Dominik Naqi.