Günorta saatlarında rayonun Cunut kənd sakini, 2013-cü il təvəllüdlü Nərmin Elsevər qızı Məmmədova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil
olub.
Unikal.org APA-ya istinadən xəbər verir ki, tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı 6 yaşlı N.Məmmədovanın həşaratları məhv etmək üçün istifadə edilən kimyavı dərmandan zəhərlənməsi məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N.Məmmədovaya lazımı tibbi yardım göstərilib, vəziyyəsti orta-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.