Futbolun canlə əfsanələrindən Dieqo Maradona istefa verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o baş məşqçisi olduğu Meksikanın “Dorados” klubundan ayrılıb. Maradona səhhətindəki problemlərə görə bu addımı atıb. Argentinalının yaxın zamanda əməliyyat olunacağı bildirilir.
Qeyd edək ki, Maradona, 2018-ci ilin sentyabrından “Dorados”a rəhbərlik edirdi.