Türkiyənin “Ankaragücü” klubu baş məşqçisiz qalıb.
Unikal.org xəbər verir ki, Super Liqa təmsilçisinin çalışdırıcısı Mustafa Kaplan istefa verdiyini açıqlayıb.
O, bu barədə sosial şəbəkə hesabında yaydığı vida məktubunda məlumat verib. 51 yaşlı mütəxəssis 6 aylıq fəaliyyətini başa vurduğunu bəyan edib.
Mustafa Kaplan “Ankaragücü”nü yanvar ayından çalışdırırdı. Onun rəhbərliyi altında 17 oyuna çıxan paytaxt təmsilçisi, 5 qələbə qazanıb, 5 heç-heçəyə imza atıb, 7 dəfə də məğlub olub. Komanda mövsümü 13-cü pillədə başa vurub.