Fransa Liqa 1-in son çempionu PSJ hücumçusu Neymarla bağlı qərarını verib.

Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisi sərfəli təklif gələcəyi təqdirdə, braziliyalı futbolçunun klubdan ayrılmasına icazə verəcək. Məsələylə bağlı açıqlama verən klubun prezidenti Nasser Əl-Xələfi, verdiyi açıqlamada bunları deyib:

“Artıq daha çox superstar kaprizi görmək istəmirəm. Mənə çox çalışan futbolçu lazımdır. Buna razı deyillərsə, qapı açıqdır”.

Bundan başqa, Neymarın da Fransada xoşbəxt olmadığı və İspaniyaya qayıtmaq istədiyi bildirilir.

27 yaşlı hücumçu, geridə qalan mövsümdə Paris klubunun heyətində iştirak etdiyi 28 oyunda 23 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Neymar PSJ-yə “Barselona”dan transfer olunmuşdu.