"Parni iz Baku” bu dəfə biabırçı məğlubiyyətlə üzləşən, buna görə də "topa tutular” futbol komandamızı və AFFA-nı hədəfə alıb.
Unikal.org xəbər verir ki, əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov AÇ-2020-nin seçmə mərhələsində Macarıstana və Slovakiyaya uduzan Azərbaycan millisini ələ salıb, tənqid ediblər.
Onlar futbolçularımızı tənqid edərkən bir müddət öncə gündəm olan “Qaloş piri” mövzusundan yararlanıblar.
Aktyorlar futbolçulara, futbolu idarə edənlərə bu görüntülərlə lağa qoyublar.