Tbilisidə Gürcüstan parlamentinin binası qarşısından başlayan “Azadlıq yürüşü” hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahı qarşısında başa çatıb.
Unikal.org “Report”a istinadən xəbər verir ki, aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb ediblər.
Aksiyada Gürcüstan və Avropa İttifaqının himnləri səsləndirilib.
Yürüşdə müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının liderləri və tərəfdarları da iştirak ediblər.
Təşkilatçılar sabah saat 19:00-da sayca 18-ci aksiyanın keçiriləcəyini bildiriblər.