Ukraynanın Rivne vilayətində toy mərasimindən sonra 39 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Nazirliyinin Dövlət Xidmətinin məlumatında 8-i uşaq olmaqla 39 nəfərin Mizoç şəhərindəki "Qurman" kafesində toy mərasimində olduqdan sonra qida zəhərlənməsi diaqnozu ilə xəstəxananın infeksiya bölməsinə çatdırıldığı deyilir.

Qurumun məlumatına görə, kafedə, təxminən, 100 nəfər olub. Hazırda antiepidemik tədbirlər kompleksi həyata keçirilir.