Fransanın sabiq iqtisadiyyat naziri Tyerri Breton qarət edilib. Onun kim tərəfindən qarət olunduğun bilinmir.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Atos" şirkətlər qrupunun rəhbəri T.Breton və həyat yoldaşı ifadəsində qara paltarlı iki naməlum kişinin evlərinə girib onları döyməyə başladığı nı bildirib. Bildiriblər ki, bu zaman onlar yataqda olublar.
Sonradan quldurlar sabiq naziri tapança ilə hədələməyə başlayıb və zinət əşyalarının saxlanıldığıl yeri soruşublar. Keçmiş nazir seyfi açdıqdan sonra qarətçilər onu, həyat yoldaşını nə sürücülərini tualetə salaraq qapını arxadan bağlayıb.
Bu zaman oğrular qiymətli əşya axtarışını davam etdirərək evi yoxlamağa davam ediblər, işlərini bitirdikdən sonra oradan qaçaraq uzaqlaşıblar.
Oğurlanmış əşyaların, o cümlədən brilyant qolbaq və qızıl külçənin ümumi dəyərinin 55 min avrodan çox olduğu bildirirlir.