Dayanacaqda iki qadın dava edərkən 3 aylıq körpə anasının qucağından yerə yıxılıb. Hadisə ABŞ-ın Moultrie bölgəsində baş berib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Karen Laşun Herrison adlı qadın başqa bir qadınla mübahisə etdiyi zaman 3 aylıq körpəsini yerə salıb. Uşaq xəstəxanada dünyasını dəyişib. Hadisə anı ətrafdakı təhlükəsiz kameralarına düşüb.
Görüntülərdə körpənin anası və digər qadın dalaşan zaman ətrafdaki insanlar yerə düşən uşağın köməyinə çatıblar. Hadisədən sonra xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
26 yaşlı Herrison uşağa zülm vermək cianyəti ilə saxlanılsa da, digər digər qadın sərbəst buraxılıb. Hadisəyə qarışan digər şəxslərin də ifadəsinin alınacağı bildirilib.