Türkiyənin Kumköy bölgəsində bir oteldə ofisiant işləyən 31 yaşlı sevgilisi Həlimə Şenalı 20 yerindən bıçaqlanıb. 31 yaşlı qadını bıçaqlayaraq öldürən Ümid G. hadisədən sonra tutulub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ümid G. cinayəti qısqanclıq səbəbi ilə törətdiyini bildirib.
2 dəfə ailə həyatı quran və 2 övladı olan Həlimə Şenalın birlikdə yaşadığı Ümid G.-dən 10 aylıq bir uşağı olduğu öyrənilib. Həlimə Şenalın 10 aylıq körpəsinə Ümid G.-nin rəsmi nikahlı həyat yoldaşının baxdığı bildirilib.